"Turan Tovuz: 149-cu oyun, 50-ci məğlubiyyət

19.10.2026 12:20 63
Ölkə futbolu
“Turan Tovuz” Misli premyer-liqasının 8-ci turunda “İmişli”yə 0:1 hesabı ilə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, Qərb təmsilçisinin turnirdə 50-ci məğlubiyyəti kimi tarixə düşüb.

Tovuz təmsilçisi 149-cu oyununda 50-yə çatıb. Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. “Turan Tovuz” 50 və daha çox oyunda uduzan 31-ci komandadı.

Komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev görüşündə qeydə alınıb - 0:2.