“Qarabağ” və Azərbaycan İdman Akademiyasının birgə həyata keçirdiyi “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” layihəsi başa çatıb.
"Football-plus.az" xəbər verir ki, bu gün ASA-da layihənin yekunlarına həsr olunmuş sertifikat təqdimetmə mərasimi keçirilib.
Tədbirdə “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.
Daha sonra ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva tərəfindən təlim proqramı haqqında təqdimat edilib, "Ömürboyu" təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə proqramın nəticələri barədə hesabatla çıxış edib. Tədbir çərçivəsində proqramın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda proqramı uğurla başa vurmuş futbol məşqçilərinə sertifikatlar təqdim edilib.
“Qarabağ” və ASA-nın birgə məşqçilik proqramı başa çatdı
Ölkə futbolu




