Elvinin komandası "zirzəmi"dən xilas ola bilmir

19.10.2026 15:10 63
Dünya futbolu
Türkiyədə 1-ci liqanın 11-ci turunda bir sıra oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, Elvin Yunuszadənin heyətində yer aldığı "Boluspor" səfərdə "İğdır"la qarşılaşıb.

Oyun qonaqların 1:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Elvin oyunu ehtiyat oyunçular skamyasından izləyib.

"Boluspor" 1 xalla sonuncu pillədədi.