Millimiz UEFA İnkişaf Turnirində iştirak edəcək - HEYƏT

19.10.2026 15:35 36
Ölkə futbolu
15 yaşadək futbolçulardan ibarət millimiz Maltada keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda təlim-məşq toplanışını başa vuran komanda oktyabrın 19-27-si aralığında üç oyuna çıxacaq.

U-15 ilk oyununu oktyabrın 21-də Latviya yığmasına qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12.00-da başlayacaq görüş “Sentineri” stadionunda təşkil olunacaq.

Komanda oktyabrın 23-də, saat 15.30-da Malta, 26-da isə eyni saatda Litva yığması ilə qarşılaşacaq. Hər üç oyun “Sentineri” stadionunda keçiriləcək.

Turnirdə iştirak edəcək millimizin heyəti:
Sirac Quluzadə (“Qarabağ”), Qabil Həzizadə (“Sumqayıt”), Rəvan Rüstəmov (“Sabah”), Ayxan Əliyev (“Sabah”), Zeyd Çodarov (“Qarabağ”), Sənan Zeynallı (“Qarabağ”), Rasim Əliyev (“Ulduz FA”), Amal Şıxkərimzadə (“Sabah”), Kənan Səfiyev (“Ulduz FA”), Kamil Bədirxanlı (“Qarabağ”), Muhəmməd Hümbətzadə (“Ulduz FA”), Ayxan Rüstəmli (“Ulduz FA”), Hüseyn Novruzlu (“EFA”), Nihat Bəylərli (“Ulduz FA”), Zəfər İbrahim (“Qarabağ”), Cəbrayıl Əkbərov (“Ulduz FA”), Cavid Allahverdi (“Qəbələ”), İmran Seyidbalayev (“Sumqayıt”), Yusif Ağayev (“Sabah”), Onur Əmirzadə (“Neftçi”).