Mahir yenə baş məşqçisiz qaldı

19.10.2026 14:46 45
Dünya futbolu
Mahir Emrelinin formasını geydiyi "Rakuv" baş məşqçi Tomaş Kaçmareklə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Polşa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

42 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Tomaş Kaçmarek bu ilin sentyabrında "Rakuv"un baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. O, həmin postda David Kroçeki əvəz etmişdi.

Çestoxova təmsilçisi Polşa çempionatında 11 turdan sonra 6 xal toplayıb və sonuncu pillədə qərarlaşıb.