Millimiz dünya çempionuna qarşı - DÇ

27.05.2025 09:27 16
İdman
Minifutbol üzrə millimiz növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, yığmamız Bakıda keçirilən dünya çempionatının 1/8 final matçına çıxacaq.

Elşad Quliyevin yetirmələri Rumıniya ilə görüşəcək. Millimiz son dünya çempionunu mübarizədən kənarlaşdırmağa çalışacaq.

Dünya çempionatı
1/8 final, 27 may
20.30. Azərbaycan - Rumıniya


Qeyd edək ki, bu cütün qalibi 1/4 finalda İngiltərə - Bolqarıstan matçında qalib gələn komanda ilə üz-üzə gələcək.