Millimiz Monteneqroda daha 2 oyuna çıxacaq

30.04.2024 12:00 143
İdman
Bu gün minifutbol üzrə millimiz Monteneqroda start götürəcək beynəlxalq turnirdə 2 oyun keçirəcək.

“Football-plus.az” xəbər verir ki, yığmamız turnirin açılış matçında Rumıniya ilə üz-üzə gələcək.

Görüş saat 18.00-da başlayacaq. Elşad Quliyevin yetirmələri 2-ci oyunda Bosniya və Herseqovina ilə qarşılaşacaq. Bu görüş isə saat 23.15-də keçiriləcək.

Milli komanda turnir çərçivəsində son matçını isə sabah meydan sahibi Monteneqronun yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, turnir Azərbaycan yığması üçün iyunun 1-dən 9-dək Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır.