Millimiz dünya çempionatında 4-cü oldu

10.10.2024 22:27 296
Ölkə futbolu
Millimiz Xorvatiyada keçirilən 23 yaşadək minifutbolçular arasında dünya çempionatında son oyununu keçirib.

“Football-plus.az” xəbər verir ki, yığmamız 3-cü yer uğrunda matçda Serbiya ilə üz-üzə gəlib.

Rəcəb Fərəczadənin yetirmələri qrup mərhələsində uduzduğu rəqibdən revanş ala bilməyiblər. Komandamız 0:3 hesabı ilə uduzaraq bürünc medal şansını qaçırıb. Beləliklə, millimiz dünya çempionatında 4-cü yeri tutub.

Qeyd edək ki, bu gün keçiriləcək finalda Çexiya və Slovakiya qarşılaşacaq.

Minifutbol üzrə U-23-lərin dünya çempionatı
3-cü yer uğrunda oyun
10 oktyabr
17.00. Azərbaycan - Serbiya - 0:3