“Neftçi” basketbol klubu heyətini ABŞ-li Treyon Ceykobla gücləndirib.
"Football-plus.az" xəbər verir ki, 28 yaşlı oyunçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.
196 sm boya malik müdafiəçi Florida Beynəlxalq Universitetinin (FIU) yetirməsidi.
Ceykob Avropa karyerası ərzində Böyük Britaniya, Finlandiya, Avstriya və Danimarka klublarının formasını geyib. Onun son komandası isə Danimarka təmsilçisi “Horsens IC” olub.
“Neftçi” ABŞ-li basketbolçu ilə müqavilə imzaladı
İdman





