Bakıda keçirilən minifutbol üzrə dünya çempionatındakı milli komandamızın 1/8 finaldakı rəqibi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin çalışdırdığı yığmamız növbəti matçda son dünya çempionu Rumıniya ilə qarşılaşacaq.
Rumıniya 3-cü turda Fransa ilə qolsuz heç-heçə edib. Komanda 4 xalla qrup mərhələsini ikinci yerdə tamamlayıb. Yığmamız isə 7 xalla qrupu lider kimi başa vurub.
Qeyd edək ki, mayın 27-də keçiriləcək Azərbaycan - Rumıniya görüşü 20.30-da start götürəcək.