DÇ: Minifutbol millimiz yarımfinalda dayandı

3.11.2023 21:29 252
İdman
Minifutbol üzrə millimiz Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün yarımfinal oyununa çıxıb.

“Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin yetirmələri Qazaxıstanla üz-üzə gəliblər.

Görüş Bakı vaxtı ilə saat 20.30-da başlayıb. Yığmamız 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

Mundialın qrup mərhələsində Qananı 7:0, Hindistanı 16:0, Birləşmiş Ərəb Əmirliklərini 2:1 hesabı ilə məğlub edən Qazaxıstan yığması 1/8 finalda Meksikanı (0:0), 1/4 finalda isə Çexiyanı (3:3) oyunsonrası penaltilər seriyasında üstələyib.

Qrupda İraq (2:0), Misir (4:1) və Küveytə (3:1) qalib gələn Azərbaycan millisi isə növbəti mərhələlərdə müvafiq olaraq Portuqaliya (3:0) və Bolqarıstanı (3:1) mübarizədən kənarlaşdırıb.