Minifutbol üzrə millimiz Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında bu gün 1/4 final oyununa çıxıb.
"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Bolqarıstan ilə üz-üzə gəlib. Qarşılaşma Bakı vaxtı ilə saat 21.00-da başlayıb. Yığmamız Vüsal İsayev, Rəvan Kərimov və Mirmehdi Rzayevin qolları ilə yarımfinala yüksəlib - 3:1.
Azərbaycan komandası əvvəlki rmərhələdə Portuqaliyanı (3:0), rəqib isə İngiltərəni (2:1) mübarizədən kənarlaşdırıb. Milli qrup mərhələsində Misir, İraq və Küveyti, bolqarlar isə Oman, Monteneqro və Yaponiyanı məğlub edib.
Qeyd edək ki, yığmamız yarımfinal mərhələsində sabah Qazaxıstanla qarşılaşacaq.
Minifutbol millimiz yarımfinalda!
Ölkə futbolu






