Karyerasını başa vurdu

21.05.2025 20:57 29
Dünya futbolu
Xose Kalyexon futbolçu həyatı ilə bağlı vacib qərar verib.

İspaniya yığmasının sabiq oyunçusu karyerasını başa vurub. Bu barədə 38 yaşlı vinger özü açıqlama verib.

Qeyd edək ki,  sonuncu klubu “Marbelya” (İspaniya) olan Kalyexon karyerası ərzində “Real”, “Espanyol”, “Napoli”, “Fiorentina” və “Qranada”da da çıxış edib. O, İspaniya yığmasında 2014-17-ci illərdə 5 oyun keçirib.