Fil Cons vacib qərar verib.
“Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq müdafiəçisi 32 yaşında karyerasını başa vurub.
Bu haqda özü məlumat verib. Cons A kateqoriyalı lisenziya aldığını və özünü bundan sonra məşqçi kimi sınamaq istədiyini bildirib. Consun karyerasındakı sonuncu klubu 2011-23-cü illərdə oynadığı və 5 kubok qazandığı “Mançester Yunayted” olub. O, İngiltərə yığmasında 27 oyuna çıxıb.