Pepe çox götür-qoy edəndən sonra futbolçu həyatı ilə bağlı qəti qərara gəlib.
“Football-plus.az” xəbər verir ki, Portuqaliya yığmasının müdafiəçisi möhtəşəm karyerasını başa vurub. O, bu barədə özü açıqlama yayıb. Pepe 41 yaşında futbolla vidalaşdığını bildirib. Onun sonuncu klubu 2019-24-cü illərdə çıxış etdiyi “Portu” olub. Pepe bu komandada 2004-07-ci illərdə də oynayıb. Müdafiəçi 2007-17-ci illərdə “Real”ın formasını geyib. Bu müddət ərzində ağ futbolkada 334 matça çıxıb, 15 qol vurub və 20 məhsuldar ötürmə verib. Braziliya əsilli futbolçu “Real” ilə 3 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə isə İspaniya çempionu olub.
Onun Portuqaliya yığmasında 2007-ci ildən indiyədək 141 oyun keçirdiyini, 8 qol vurduğunu, AÇ-2016 və Millətlər Liqasının (2019) qalibi olduğunu da bildirək.