"Football-plus.az" xəbər verir ki, İspaniya yığmasının, “Çelsi”, “Arsenal” və “Barselona” kimi ambisiyalı klubların sabiq yarımmüdafiəçisi peşəkar futbolçu həyatını başa vurduğunu açıqlayıb. Fabreqas ötən mövsüm formasını daşıdığı “Komo”nun əvəzedicilərdən ibarət komandasında məşqçilik edəcək. O, peşəkar karyerasına 2003-cü ildə “Arsenal”da başlayıb. Futbolçu həyatı ərzində 16 titul qazanıb. İspaniya millisinin sabiq üzvü Avropa (iki dəfə) və dünya çempionu olub, həmçinin İngiltərədə (2014/15 mövsümündə “Çelsi” ilə) və İspaniyada (2012/13 mövsümündə “Barselona” ilə) ən yüksək titulları qazanıb.
Milli formada 2006-16-cı illərdə 110 oyun keçirən, 15 qol vuran 39 yaşlı futbolçu qərarını belə izah edib:
“Futbolçu karyeramı başa vurmağın vaxtının gəldiyini böyük kədər hissi ilə elan edirəm. “Barselona”, “Çelsi”, “Arsenal”, “Monako” və “Komo”da keçirdiyim hər günü xatırlayacağam. Bu, heç vaxt unuda bilməyəcəyim bir səyahət idi. Mənə kömək edən hər kəsə təşəkkür edirəm”.




