36 yaşında karyerasını başa vurdu

13.08.2023 15:58 228
Dünya futbolu
Kevin-Prins Boatenq karyerası ilə bağlı vacib qərar verib.

"Football-plus.az" xəbər verir ki, Qana millisinin sabiq oyunçusu peşəkar futbolçu həyatını başa vurub. 36 yaşlı hücumçu bunula bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Kevin-Prins karyerası ərzində “Tottenhem”, “Borussiya” (Dortmund), “Milan”, “Barselona” və “Beşiktaş”da çıxış edib. Onun sonuncu klubu “Herta” olub.