Macarlar Türkiyə ilə oyuna görə cəza aldı

21.05.2025 11:55 9
Dünya futbolu
UEFA-nın Nizam-İntizam Komitəsi Türkiyəyə qarşı ev oyununda yaşananlara görə Macarıstan Futbol Federasiyasına pul cəzası verib.

Məlum olduğu kimi martda Millətlər Liqasının pley-offunda Türkiyə ilə Macarıstan üz-üzə gəlmişdi. ''Ay-ulduzlular'' evdə 3:1 qalib gəldikdən sonra Budapeştdəki cavab oyununda da inamlı təsir bağışlamış və 3:0 üstün olmuşdular.

Bu qələbə sayəsində qardaş ölkənin komandası ML-də A liqasına yüksəlmişdi. Məhz cavab oyunundan öncə Türkiyənin himni yerli fanatlar tərəfindən fitə basılmış, eləcə də macarlı fanatlar matçın gedişində meydana müxtəlif cisimlər atmışdılar. Məhz bu olaylar üzündən UEFA macarlara 72500 avro pul cəzası verib.

Bundan başqa tribunalardan birinə şərti cəza verilib. Bir il ərzində həmin tribunadan yenidən meydana yad cisim atılsa, Macarıstanın növbəti ev oyununda o tribunaya azarkeş buraxılmayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul