Klopp karyerasını harda bərpa edəcək?

20.05.2025 21:57 9
Dünya futbolu
Yürgen Klopp ilə bağlı maraqlı xəbər yayılıb.

O, yeni mövsümdən “Roma”nı çalışdıra bilər. “La Stampa” nəşrinin məlumatına görə, almaniyalı mütəxəssis mayın 18-də İtaliya klubundan gələn təklifi qəbul edib. “Roma” A seriyasında mövsümün sonuna 1 tur qalmış 5-ci yeri tutur. Mövsümün sonunda baş məşqçi Klaudio Ranyeri komandadan ayrılacaq.

Klopp 2015-24 illərdə “Liverpul”u çalışdırıb. Bu klubla premyer-liqanın və Çempionlar Liqasının qalibi olub.