Klopp üçün yeni iş yeri

15.10.2024 09:53 244
Dünya futbolu
Bu yay “Liverpul”dan ayrılan Yürgen Kloppun yeni iş yeri müəyyənləşib. Almaniyalı mütəxəssis “Red Bull”da futbol şöbəsinin rəhbəri seçilib.

57 yaşlı sabiq məşqçi şirkətin “Leyptsiq”, “Zaltsburq”, “Nyu York Red Bulls” və digər klublarının inkişaf strategiyasına cavabdeh olacaq. Klopp yeni işə 2025-ci il yanvarın 1-də başlayacaq.

Qeyd edək ki, o, 2015-ci ilin oktyabr ayından çalışdırdığı “Liverpul”dan bu yay ayrılıb. Klopp mersisaydlılarla bir dəfə premyer-liqanın, İngiltərə kubokunun, ölkə superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Almaniyalı həmçinin iki dəfə İngiltərə Liqa kubokunu qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul