Klopp fikrini dəyişib?

26.08.2024 21:09 321
Dünya futbolu
“Liverpul”un sabiq baş məşqçisi Yürgen Klopp ilə bağlı maraqlı xəbər yayılıb.

“Football-plus.az” xəbər verir ki, bu yay karyerasını başa vurduğunu bəyan edən alman mütəxəssis yenidən iş başında olacaq. Klopp vaxtilə çalışdırdığı “Borussiya”nın sabiq futbolçuları Lukaş Pişçek və Yakub Blaşikovskinin vida oyununda yaxından iştirak edəcək. Bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb. Pişçek ilə Blaşikovskinin kapitan sarğısını daşıyacaqları komandalar sentyabrın 7-də qarşılaşacaqlar. Xüsusi statuslu oyun Dortmunddakı “Siqnal İduna Park”da keçiriləcək. Klopp komandalardan birinə rəhbərlik edəcək.

Qeyd edək ki, Klopp 2015-ci ildən çalışdırdığı “Liverpul”dan bu yay ayrılıb. Onun “Borussiya”da 2008-15-ci illərdə işlədiyini də yada salaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul