“Liverpul” Yurgen Kloppun rəhbərliyi altında 1000-ci qolunu vurub.
"Football-plus.az" xəbər verir ki, bu, Avropa Liqasının “Sparta” ilə matçına təsadüf edib. 1/8 final mərhələsinin ilk görüşündə Darvin Nunyesin vurduğu top yubiley xarakteri daşıyıb. Klopp 2015-ci ilin oktyabrından “Liverpul”a rəhbərlik edir.
Qeyd edək ki, Klopp mövsümün sonunda İngiltərə klubundan ayrılacağını açıqlayıb.