Klopp hansı qərarı verəcək?

17.04.2024 13:55 235
Dünya futbolu
Yürgen Klopp “Liverpul”un baş məşqçi vəzifəsindən ayrıldıqdan sonra karyerasını başa vura bilər.

56 yaşlı Klopp bu ilin əvvəlində cari mövsümün sonunda “Liverpul”u tərk edəcəyini açıqlayıb. O, komandaya 2015-ci ilin oktyabrından rəhbərlik edir. Alman mütəxəssis hələ ki karyerasını davam etdirməyi düşünmür:

“Hazırda məşqçi kimi karyeramı davam etdirməyi planlaşdırmıram. Bu barədə məndən bir ildən sonra soruşa bilərsiniz, amma indi yox”.