Sennanın dəbilqəsi 965 minə satıldı

6.05.2025 13:16 3
İdman
“RM Sotheby's” şirkətinin təşkil etdiyi hərracda “Formula-1” üzrə dünya çempionatının üçqat qalibi Ayrton Sennanın dəbilqəsi rekord qiymətə satılıb.

"Football-plus.az" xəbər verir ki, naməlum müştəri braziliyalı pilotun dəbilqəsi üçün 965 min dollar ödəyib. Senna həmin dəbil qəni 1992-ci ildə keçirilən Belçika “Qran-pri”sində daşıyıb.

Əvvəlki rekord “Ferrari”nin indiki pilotu Şarl Leklerin dəbilqəsinin satışı zamanı müəyyənləşmişdi – 2023-cü ildə baş geyiminə 352 min dollar ödənilmişdi.

Bildiyiniz kimi, Senna 1994-cü ildə keçirilən San Marino “Qran-pri”sində faciəvi şəkildə həlak olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul