Vaxtilə Mihael Şumaherin sürdüyü “Ferrari F300” bolidi satışa çıxarılıb.
Yeddiqat dünya çempionunun sevimli maşınına 4,9 milyon dollar qiymət qoyulub. Alman pilot 1998-ci ildə keçirilən Macarıstan “Qran-pri”sində məhz bu maşınla qələbə qazanıb. Şumaher həmin mərhələdə son 19 dövrədə 25 saniyə geriliyi aradan qaldırmışdı.
Onun iki maşını daha əvvəl satılıb. 2017-ci ildə “Ferrari F2001” üçün 7,5 milyon, 2019-cu ildə isə “F2002” üçün 6,6 milyon dollar ödəyən müştəri tapılıb. Xatırladaq ki, 2013-ün dekabrında Alp dağlarında xizək sürərkən başından ciddi zədə alan Şumaher həmin vaxtdan bəri ictimaiyyət arasında görünmür. Sabiq pilotun ailə üzvlərinin onun sağlıq durumu ilə bağlı müfəssəl bilgi verməməsi hər cür söz-söhbətə yol açır.