Azərbaycan "Qran-pri"sində yenilik

7.12.2022 17:13 337
İdman
"Formula-1" 2023-cü ildə Azərbaycan "Qran-pri"sində ilk dəfə sprint yarışının keçiriləcəyini təsdiqləyib.

Football-plus.az xəbər verir ki, bu barədə yarışın rəsmi tviter hesabı məlumat yayıb.

Bakıdan başqa Avstriya, Belçika, Braziliya, ABŞ və Qətərdə də sprint yarışlarının baş tutacağı bildirilib.

Qeyd edək ki, Azərbaycan qran-prisi 28-30 apreldə olacaq.