Cordanın forması rekord məbləğə satıldı

17.09.2022 20:59 435
İdman
“Reuters”in yaydığı xəbərə görə, MBA-nın və “Çikaqo”nun əfsanəsi Maykl Cordanın 1998-ci ildə keçirilən finalda geydiyi oyun forması hərracda rekord qiymətə - 10,1 milyon dollara satılıb.

Əvvəlki rekord bu il “Sotheby's” hərracında müəyyənləşmişdi. Həmin vaxt mərhum Dieqo Maradonanın tarixə “İlahi əl” kimi düşən qolu vurarkən geydiyi forma 9,3 milyon dollara satılmışdı. Söhbət basketboldan gedirsə, əvvəlki rekord 3,7 milyon dollar idi. Mərhum Kobi Brayantın MBA-dakı debt mövsümündə geydiyi formaya mayda məhz bu məbləğ ödənilmişdi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul