"Neftçi" Misli premyer-liqasının evdə keçirilən 28-ci tur matçında "Araz-Naxçıvan"la heç-heçə etdi - 1:1.
"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Sanki real qol şanslarında məntiqi sonluq çatmırdı. Bunun səbəbi nədi?
- Üstünlük bizdə idi. İkinci hissədə daha yaxşı oynadıq. Fürsətləri dəyərləndirmək futbolçuların fərdi ustalığıyla bağlı məsələdi. Bu qədər imkan əldə ediriksə, yaxşıdı. Amma xal itirmək bizi üzür.
- Hakimin bəzi qərarlarından narazı qaldız...
- Bəli, hakimin qərarlarından həddən artıq narazıyam. Bizim oyunlarda hakimlik aşağı səviyyədə olur. Tempi öldürmək, birtərəfli qərarlar heç xoşuma gəlmədi. Bu məsələlər bizi narahat etməyə başlayıb.
- Kubok oyununda heyətdə dəyişiklik edəcəksizmi?
- İşimiz real qol epizodları yaradıb dəyərləndirməkdi. Futbolçular həmin anlarda düzgün qərar verməlidi. Həddən artıq çox itkimiz var. Ola bilər ki, daha 2-3 futbolçunu itirək. Kubok matçına son oyunumuz kimi çıxacağıq.
- Millinin düşərgəsindən qayıdan futbolçuların psixoloji durumu nə yerdədi?
- Futbolçularımızın nəinki psixoloji, həm də fiziki durumları ürəkaçan deyildi. Rza Cəfərov əsas qapımızdı. Belarusa qarşı matçda zədəli olsa da, meydana çıxıb. Bunun səbəblərini araşdırırıq.
- "Sabah"la kubok matçından əvvəl komandada hansı müsbət məqamları qeyd edə bilərsiz?
- Hələ də bilmirəm ki, Bassala Sambu niyə qırmızı vərəqə alıb.. Yəqin ki, bunu heç vaxt bilməyəcəm. Narahat olduğumuz məqamlar var.
KƏNAN BAHADIR
"Rza Belarusa qarşı matçda zədəli olsa da, meydana çıxıb" - Samir Abasov
Ölkə futbolu / Manşet






