Paytaxt klubunda yeni müqavilə gözlənilir

28.03.2025 23:14 4
Dünya futbolu
Raul Asensionun məsələsinə aydınlıq gəlib.

“Real” gənc futbolçusu ilə müqaviləni yeniləyəcək. İnsayder Fabritsio Romanonun məlumatına görə, ispaniyalı müdafiəçinin yeni sözləşməsinin müddəti 2031-ci ilin yayına qədər olacaq. Müqavilə yayda yenilənəcək. Raulun hazırkı müqaviləsi mövsümün sonunda qüvvədən düşəcək.

Madrid klubunda 2017-ci ildən çıxış edən 22 yaşlı futbolçu bu mövsüm 29 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə edib.