Müqaviləsi yenilənəcək

9.11.2024 16:50 245
Dünya futbolu
Yan Bissek tezliklə “İnter” ilə yeni müqavilə imzalayacaq.

Məşhur insayder Fabritsio Romanonun məlumatına görə, Milan klubu 23 yaşlı almaniyalı müdafiəçi üçün 5 illik müqavilə hazırlayıb. Razılığa əsasən, onun maaşı da artırılacaq.

Yan bu mövsüm “İnter”in heyətində 11 oyun keçirib. Onun hazırkı müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.