Kapitanla müqavilə yenilənəcək

12.04.2023 20:55 239
Dünya futbolu
PSJ komandanın kapitanı Markinyos ilə müqaviləni yeniləyəcək. Bu barədə italiyalı jurnalist Fabriysio Romano öz “tvitter” hesabında məlumat yayıb.

“Football-plus.az” xəbər verir ki, braziliyalı müdafiəçinin sözləşməsinin müddətinin 2027-ci ilin yayına qədər artırılacağı gözlənilir. Onun hazırkı müqaviləsi 2024-cü ilin iyununda qüvvədən düşəcək.

Qeyd edək ki, Braziliya millisinin də üzvü olan 28 yaşlı futbolçu PSJ-də 2013-cü ildən çıxış edir. O, komandanın tarixində keçirdiyi oyunların sayına görə (400) 3-cü yerdədi.Markinyos bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb və 2 qol vurub.