Koke “Atletiko”nun yeni təklifini qəbul edib.
"Football-plus.az" Xəbər verir ki, “Atletiko” komandanın kapitanı ilə müqaviləni yeniləyib. Madrid klubunun rəsmi saytının yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2025-ci ilin yayına qədərdi.
“Atletiko”nun yetirməsi olan Koke 2009-cu ildən əsas komandada çıxış edir. O, paytaxt klubu ilə iki dəfə La Liqanın, iki dəfə Avropa Liqasının və iki dəfə UEFA Superkubokunun qalibi olub. Koke bu mövsüm “Atletiko”da 39 matç eçirib və 5 məhsuldar ötürmə edib.