Paytaxt klubunda yeni müqavilə

3.01.2024 14:31 313
Dünya futbolu
Pape Matar Sarr “Tottenhem”də daha uzun müddət çıxış etmək hüququ qazanıb.

"Football-plus.az" xəbər verir ki, paytaxt klubu gənc futbolçu ilə müqaviləni yeniləyib.

21 yaşlı yarımmüdafiəçinin yeni sözləşməsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

“Tottenhem” Sarrı 2022-ci ilin yayında “Mets”dən transfer edib. Seneqallı futbolçu bu mövsüm komandada keçirdiyi 19 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.