Venger “Qızıl top”a namizədlərin adını açıqladı

13.03.2025 10:19 11
Dünya futbolu
Hələ ki ilin üçüncü ayı yaşansa da, indidən “Qızıl top”a namizədlərlə bağlı fikirlər səslənməkdədi.

Arsen Venger də öz namizədlərinin adını açıqlayıb.

“Arsenal”ın sabiq baş məşqçisi, hazırda FİFA-nın texniki komitəsinin rəhbəri olan fransalı mütəxəssis bu haqda qısa danışıb: “Bu il hələ ki “Qızıl top”a əsas namizəd Məhəmməd Salahdı. Fikrimcə, mükafata ondan başqa Kilian Mbappe ilə Vinisius Junior da ciddi şəkildə iddia edəcəklər”.