Ferqyuson ilə Venger Şöhrət zalında

31.03.2023 10:00 211
Dünya futbolu
İngiltərə Premyer-Liqasının Şöhrət zalının növbəti nümayəndələri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Zala dünya şöhrətli iki mütəxəssis daxil edilib.

Aleks Ferqyusonla Arsen Venger belə şərəfə layiq görülüblər. Xatırladaq ki, 81 yaşlı Ferqyuson 1986-2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb və bu komandanı 13 dəfə ölkə çempionluğuna daşıyıb. 73 yaşlı Venger isə 1996-2018-ci illərdə başçılıq etdiyi “Arsenal”la 3 dəfə premyer-liqanın qalibi olub.