“Real”ın oyunçusu cəzasını çəkməlidi

27.02.2025 00:58 273
Dünya futbolu
Cud Bellingem cəzasını tam şəkildə çəkməlidi.

İspaniya Futbol Federasiyasının Apellyasiya Komitəsi “Real”ın futbolçusunun iki oyunluq cəzasının ləğvi ilə bağlı müraciətini rədd edib. 

İngiltərəli yarımmüdafiəçi La Liqada növbəti iki matçı buraxmalı olacaq. O, “Jirona” və “Betis”ə qarşı forma geyə bilməyəcək.

Xatırladaq ki, Cud La Liqanın 24-cü turunun “Osasuna” ilə matçının (1:1) 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. 21 yaşlı oyunçu bu səbəbdən 2 oyunluq cəza alıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul