Naço Fernandes kobud hərəkətinə görə ağır cəzalanıb.
“Football-plus.az” xəbər verir ki, “Real”ın oyunçusu La Liqanın 8-ci turunun “Jirona” ilə oyununda (3:0) qaydanı sərt şəkildə pozduğuna görə 3 matçlıq cəza alıb. O, son dəqiqələrdə oyundan sonra xəstəxanaya aparılan “Jirona”nın yarımmüdafiəçisi Portunu kobud şəkildə zədələdiyi üçün birbaşa qırmızı vərəqə almışdı. Yerli federasiya müdafiəçini 3 oyunluq cəzalandırıb və onu 600 avro, “Real”ı isə 1500 avro cərimələyib.
Beləliklə, Naço İspaniya çempionatının 11-ci turunun “Barselona” ilə oktyabrın 28-də keçiriləcək vacib oyununu buraxacaq.