“Real”ın oyunçusunun aqibəti müəyyənləşdi

26.02.2025 00:58 255
Dünya futbolu
Cud Bellingemin aqibəti müəyyənləşib.

Gözlənildiyi kimi, İspaniya Kral Futbol Federasiyasının Nizam-İntizam Komitəsi (NİK) “Real”ın futbolçusunu cəzalandırıb.

"Football-plus.az" xatırladır ki, ingilis yarımmüdafiəçi La Liqanın 24-cü turunun “Osasuna” ilə matçının (1:1) 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə almışdı. Bu səbəbdən 21 yaşlı oyunçu 2 oyunluq cəza alıb.

Qeyd edək ki, Cud və madridlilərin baş məşqçisi Karlo Ançelotti futbolçunun hakimə qarşı təhqiramiz ifadələr işlətdiyini inkar etmişdilər. Lakin NİK hakimin qərarının səhv olması ilə bağlı sübut tapmayıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul