Bellingem “2” aldı

7.03.2024 23:53 154
Dünya futbolu
Cud Bellingemin aqibəti məlum olub.

"Football-plus.az" xəbər verir ki, o, gözlənildiyi kimi, yüngül cəza almayıb.

“Real”ın gənc futbolçusu 2 oyunluq cəzalandırılıb. “The Athletic” qəzetinin yaydığı xəbərə görə, buna onun La Liqanın 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) qırmızı vərəqə alması səbəb olub. Xatırladaq ki, matçın hakimi Xesus Xil Mansano 90+9-cu dəqiqədə Bellingemin vurduğu qolu qeydə almayıb. Hakim qərarını qol vurulmazdan əvvəl, top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fitini səsləndirməsi olə izah edib. Bundan sonra “Real”ın oyunçuları hakimlə mübahisəyə başlayıblar. Bu baxımdan daha fəal olan sayılmayan qolun müəllifi Bellingemə isə qırmızı vərəqə göstərilib. İngilis yarımmüdafiəçi La Liqanın “Selta” və “Osasuna” ilə oyunlarını buraxacaq. Cud bu mövsüm İspaniya çempionatında 22 oyuna 16 qol vurub.

Maraqlıdı ki, Mansano da 2 oyunluq cəzaya layiq bilinib. “Marca” qəzeti İspaniya Futbol Federasiyasının Texniki Hakimlər Komitəsinin onun bir sıra qərarlarından narazı qaldığını xəbər verib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul