Bellingemin şikayəti rədd edildi

11.03.2024 15:30 167
Dünya futbolu
La Liqanın Apellyasiya Komitəsi Cud Bellingemin şikayətinə baxıb.

Xatırladaq ki, “Real”ın gənc futbolçusu 2 oyunluq cəzalandırılıb. Buna onun La Liqanın 27-ci turunun “Valensiya” ilə oyununda (2:2) qırmızı vərəqə alması səbəb olub. Xatırladaq ki, matçın hakimi Xesus Xil Mansano 90+9-cu dəqiqədə Bellingemin vurduğu qolu qeydə almayıb. Hakim qərarını qol vurulmazdan əvvəl, top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fitini səsləndirməsi olə izah edib. Bundan sonra “Real”ın oyunçuları hakimlə mübahisəyə başlayıblar. Bu baxımdan daha fəal olan sayılmayan qolun müəllifi Bellingemə isə qırmızı vərəqə göstərilib.

Müvafiq komitə ingilis yarımmüdafiəçinin şikayətini rədd edib. Beləliklə, o, La Liqanın “Selta” və “Osasuna” ilə oyunlarını buraxacaq.