“Bəli, klub futbolçuya borcunu tam ödəyib” – Bəxtiyarı bəxtiyar edən vəkil

12.02.2025 11:34 301
Aktual / Ölkə futbolu
Yığmamızın futbolçusu Bəxtiyar Həsənalızadənin Türkiyənin “Tuzlaspor” klubuna qarşı məhkəmə işi uğurla yekunlaşıb. Bu barədə oyunçunun hüquqlarını müdafiə edən vəkil Elcan Həsənli sosial şəbəkə hesabında paylaşım edib:

“Hüquqlarını müdafiə etdiyimiz Bəxtiyar Həsənalızadənin “Tuzlaspor”a qarşı məhkəmə işini uğurla yekunlaşdırdıq. FİFA-nın Mübahisələrin Həlli Palatasının qərarına əsasən milli futbolçumuza kompensasiya klub tərəfindən ödənilmişdir”.

Türkiyə klubu borclu olduğu bütün pulu verdimi? Klubla münasibətlərinizdə soyuqluq yaranmadı ki? Bu sualları Elcan bəyə ünvanladıq:

“Bəli, klub futbolçuya borcunu qərara uyğun şəkildə tam ödəyib. Klubla hansısa soyuqluq olmadı. Əksinə, münasibətlər daha da yaxşılaşdı”.

ƏSƏD SEYİDOV