Bəxtiyar oynadı, komandası heç-heçə etdi

21.04.2024 17:10 167
Ölkə futbolu
Türkiyə 1-ci liqasında 31-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Bəxtiyar Həsənalızadənin çıxış etdutu "Tuzlaspor" "Bandırmaspor"un qonağı olub. Matç 1:1 hesablı bərabərliklə nəticələnib.

Yığmamızın futbolçusu meydana start heyətdə daxil olub və sonadək oynayıb.

Qeyd edək ki, "Tuzlaspor" 33 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.