FİFA Bəxtiyar Həsənalızadə haqda qərar qəbul etdi – “Tuzlaspor”a xəbərdarlıq

25.09.2024 17:11 170
Aktual / Ölkə futbolu
Bu ilin yayında “Tuzlaspor”dan (Türkiyə) ayrılan Bəxtiyar Həsənalızadə “Araz-Naxçıvan”a keçdi.

Qardaş ölkə klubunun futbolçuya borclu qaldığını bilirsiz. Hətta oyunçu özü də bunu etiraf edib.

“Football-plus.az” xəbər verir ki, dünən məsələylə bağlı irəliləyiş qeydə alınıb. Daha dəqiq desək, idman sahəsində vəkil kimi fəaliyyət göstərən Elcan Həsənli mövzuyla bağlı FİFA-ya müraciət edib və qurumdan müsbət cavab alıb. Bu barədə saytımıza hüquqşünasın özü məlumat verib. Onun sözlərinə görə, FİFA Tuzla təmsilçisinin Bəxtiyara olan borcunun ödənilməsi haqda qərar qəbul edib.

Qeyd edək ki, 31 yaşlı oyunçu Muxtar Respublika təmsilçisiylə birillik müqavilə bağlayıb.

KƏNAN BAHADIR