“Tuzlaspor”dan ayrılan Bəxtiyar Həsənalızadənin təzminatı ödənildi?

19.08.2024 19:36 379
Premyer-liqa / Manşet
Bəxtiyar Həsənalızadənin ötən mövsüm Türkiyə 1-ci liqasının təmsilçisi “Tuzlaspor”un aşağı liqaya düşməsi səbəbindən klubdan ayrıldığını xəbər vermişdik.

Hazırda “Araz-Naxçıvan”ın heyətində çıxış edən milli üzvü Türkiyə təmsilçisindən ayrılarkən ona ödəniləcək təzminatı ala bilmədiyi üçün klubu məhkəməyə vermişdi. Görəsən, bu hadisədən sonra “Tuzlaspor”un rəhbər şəxsləriylə Bəxtiyar arasında hansısa danışıq olub? Həmçinin oyunçunun istədiyi təzminat ödənilibmi? Həsənalızadənin “Football-plus.az”a söylədikləri:
“Bəli, proses hələ də davam edir. “Tuzlaspor”la birbaşa danışığım olmayıb. Sadəcə, vəkil vasitəsiylə danışıq gedir. Eyni zamanda məsələ FİFA-dadı”.


KAMAL SƏFƏR