Emil Balayevə kompensasiya ödənəcək.
"Football-plus.az" xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü, idman vəkili Elcan Həsənli açıqlayıb. O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib:
"Nümayəndəsi olduğum Emil Balayevin Qazaxıstanın "Turan" Futbol Klubuna qarşı işi üzrə FİFA-nın Mübahisələrin Həlli Palatası tərəfindən qərarı diqqətinizə çatdırıram. Çox sevindirici haldı ki iddia tələbimiz demək olar bütünlüklə qəbul edilib. FİFA-nın qərarına əsasən "Turan" Futbol Klubu tərəfindən milli oyunçumuz Emil Balayevə kompensasiya ödənilməlidi".