Bəxtiyar oynamadı, komandası uduzdu

15.01.2024 10:52 212
Dünya futbolu
Türkiyənin 1-ci liqasında 18-ci turun matçları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin üzvü Bəxtiyar Həsənalızadənin formasını geyindiyi "Tuzlaspor" "Çorum"la üz-üzə gəlib.

Həsənalızadənin komandası bu görüşdə 1:2 hesabı ilə uduzub.

Millimizin üzvü sona qədər ehtiyatda qalıb. "Tuzlaspor" 16 xalla 18 komanda arasında 16-cı pillədədi.