• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qalatasaray” Avropa çempionunu transfer etdi

Dünya futbolu

8-02-2025, 20:0

Bu transfer dönəmində əzəli rəqibi “Fənərbaxça”nın bir qədər kölgəsində qalan “Qalatasaray”, nəhayət, fəallaşdı.

Daha öncə “Eyüpspor”dan Ahmed Kutucunu heyətinə qatan İstanbul nəhəngi bu qışın ikinci transferini reallaşdırıb. Türkiyə çempionu heyətini tanınmış ispaniyalı forvard Alvaro Morata ilə gücləndirib.

Detallar bəlli oldu
Məlum olduğu kimi, Mauro İkardinin zədə üzündən mövsümü başa vurmasının ardından bütün yük Viktor Osimhenin üzərinə düşmüşdü. Düzdü, nigeriyalı forvard ümidləri doğrultmağı bacarır. Amma istənilən halda bu mövsüm qarşısına həm çempionatda, həm də Avropa Liqasında ciddi hədəflər qoyan “sarı-qırmızılar”ın səviyyəli hücumçuya ehtiyacı var idi. Üstəlik Osimhen cəza üzündən AL-in pley-offunda “Alkmaar”a qarşı ilk səfər oyununu buraxmalı olacaq. Ona görə də Moratanın tələm-tələsik transferini anlamaq olar.

Duman üzündən bir gün gecikməylə - bazar günü İstanbula ayaq basan 32 yaşlı hücumçu hava limanında böyük izdihamla qarşılandı. Elə həmin gün də bu transfer və bütün detallar rəsmən açıqlandı. “Qalatasaray” bu futbolçunu birilliyə icarəyə götürüb və bunun qarşılığında “Milan”a 6 milyon avro ödəniləcək. Moratanın özü də bu bir il ərzində 6 milyon avro qazanacaq. “Sarı-qırmızılar” ispaniyalını daimi əsasda transfer edə bilmək hüququnu da ələ keçirib. Komanda bu hüquqdan yararlanmaq istəsə, 2026-cı il yanvarın 15-nə qədər “Milan”a yazılı şəkildə müraciət etməli və əlavə 8 milyon avro ödəməli olacaq. Amma bu məbləğ 6 hissəyə bölünərək italyanlara ödəniləcək.

Bundan başqa, “Cim-Bom” Moratanı daimi əsasda transfer etmək istəməsə belə, onun icarə müddətini 2026-nın yanvarından iyununa qədər uzatmaq hüququna malikdi. Bunun üçün “Milan”a heç bir məbləğ ödənilməyəcək. Amma futbolçununun özünə 6 aylıq müddət üçün əlavə 3 milyon avro maaş veriləcək. “Qalatasaray” daimi transfer hüququndan 2026-nın iyunundan etibarən yararlanmaq istəsə, artıq “Milan”a 8 yox, 9 milyon avro ödəməli olacaq. “Real”ın yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Morata “Atletiko”, “Çelsi” və “Yuventus” kimi nəhənglərdə də top qovub. “Milan” təcrübəli forvardı 2024-ün yayında 13 milyon avroya transfer etmişdi. Morata yeni klubunda ümidləri doğrulda bilmədi və iştirak etdiyi 25 rəsmi oyunda hesabına yalnız 6 qol, 2 məhsuldar ötürmə yaza bildi. “Real”la iki dəfə ÇL-i qazanmış Morata ötən ilin yayında kapitanı olduğu İspaniya yığması ilə AÇ-nin qalibi oldu.

Yeni transfer ilk açıqlamasını klubun rəsmi kanalına verib:

“Çox sevincliyəm. Klub rəsmiləri bura gəlməyim üçün çox əziyyət çəkdi. Bu çətin danışıqlar prosesini uğurla bitirdikləri üçün onlara təşəkkür edirəm. Zatən Türkiyəyə yalnız “Qalatasaray”a görə gələ bilərdim. Bu formanı geyib fanatlarımızla birlikdə qürurlu anlar yaşamaq üçün səbirsizlənirəm. Daha öncə “Qalatasaray”ın stadionunda rəqib qismində oynamışam. Orda necə atmosferin olduğunu bilirəm. Bura gəlməmiş də fanatların bir çox videosunu izlədim. Məni qarşılamağa gələn, dəstək mesajları göndərən kəsə təşəkkür edirəm. Məndə daha öncədən “Qalatasaray”ın bir neçə forması var idi. Droqba ilə bir dəfə formamızı dəyişmişdik və onu indiyə qədər də saxlamışam. “Qalatasaray” çox böyük klubdu və bu mövsüm iştirak etdiyimiz hər üç turniri qazana bilərik. Bunun üçün və Osimhen ilə tandemimin komandaya faydalı olması üçün əlimdən gələni edəcəm. Təbii ki, baş məşqçi ilə də, bəzi komanda yoldaşlarımla da bura gəlməmiş söhbət etmişəm. İndi isə onları yaxından tanımaq istəyirəm. Eləcə də tribunalardakı atmosferi canlı görmək istəyirəm. Başqa bir şeyə söz verə bilmərəm. Amma bu klub və fanatlarımız üçün savaşacağıma söz verə bilərəm”.

Nelsson gedir, sabiq futbolçu gəlir
“Qalatasaray”la bağlı digər transfer xəbərlərini də diqqətinizə çatdıraq. “Fanatik” nəşrinin yazdığına inansaq, komanda Moratanın ardından daha bir keçidi tamamlamaq üzrədi. Bunu yeni transfer adlandırmaq çətindi. Söhbət daha öncə 2019/20-də “Qalatasaray”ın şərəfini qorumuş Mario Leminadan gedir. 31 yaşlı qabonlu yarımmüdafiəçinin “Vulverhempton”la müqaviləsinin müddəti bu yay bitəcək. O, klubunu dəyişmək istəyir.

Bu klubun yeni baş məşqçisi Vitor Pereyra bir müddət öncə qeyd etmişdi ki, “transfer pəncərəsi” bağlanana qədər Leminanı oynatmayacaq. “Qalatasaray”la Lemina arasında illik 2,5 milyon avro maaş olmaqla artıq anlaşma əldə olunub. Amma ingilislər, təbii ki, bu oyunçunu havayı buraxmaq istəmir. “Vulverhempton” ən azı 3 milyon avro tələb edir. “Qalatasaray” isə təzminatı mümkün qədər aşağı endirmək üçün danışıqlar aparır.

Lemina bu mövsüm “Vulverhempton”da 19 rəsmi oyunda forma geyərək 1 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib. Bundan başqa, bu mövsüm “Qalatasaray”da əsas heyətə düşə bilməyən, Əbdülkərim Bardakcı ilə Devinson Sançesin kölgəsində qaldığı üçün ayrılmaq istəyən Viktor Nelssonun da, nəhayət, yeni klubu bəlli oldu. Fabritsio Romanonun xəbərinə görə, danimarkalı müdafiəçi ikinci dövrəni icarə əsasında “Roma”da keçirəcək. Nelsson İstanbuldan ayrılaraq tibbi müayinədən keçmək üçün İtaliyaya yollanıb. “Roma” icarəhaqqı kimi 1 milyon avro ödəyəcək. İtalyanlar yayda bu futbolçunu daimi əsasda transfer etmək istəsələr, “Cim-Bom”a daha 12 milyon avro ödəməli olacaqlar.

2021-ci ildən “Qalatasaray”ın şərəfini qoruyan və klubla 2026-ya qədər müqaviləsi olan 26 yaşlı müdafiəçi bu mövsüm 18 rəsmi oyunda iştirak edərək ümumilikdə cəmi 616 dəqiqə oynamaq şansı qazanıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-02-2025, 19:0

''Qalatasaray'': İkardi də gəldi, Morata da

Dünya futbolu

1-02-2025, 20:0

''Qalatasaray'' ispaniyalı ulduzu İstanbula gətirir

Dünya futbolu

4-02-2025, 11:0

Türkiyə futbolu tarixinə düşmüş forvard ''Qalatasaray''dan ayrıldı

Dünya futbolu

2-01-2025, 20:0

Osimhenin paylaşımı ''Qalatasaray''lıları narahat etdi

Dünya futbolu

6-02-2025, 15:0

''Qalatasaray'' sabiq futbolçusunu 5 ildən sonra yenə transfer etdi

Dünya futbolu

19-07-2023, 13:0

“Qalatasaray” 2-ci transferini reallaşdırdı

Aktual
DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
“Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
Son xəbərlər
  • Bu gün, 18:47
    DÇ-2026-ya yollanacaq futbolçu "Qarabağ"da!
  • Bu gün, 18:20
    Tellur daha iki il "Sabah"da
  • Bu gün, 17:50
    "Karvan-Yevlax" Mateusla vidalaşdı
  • Bu gün, 17:29
    Messi ilə birgə oynayacaq
  • Bu gün, 16:58
    Mövsümün ən yaxşı futbolçusu seçildi
  • Bu gün, 16:27
    "Qəbələ" Murad Musayevlə vidalaşdı
  • Bu gün, 15:56
    “Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
  • Bu gün, 15:26
    "Sabah" Amin Seydiyevlə yollarını ayırdı
  • Bu gün, 14:55
    ''Beşiktaş'' italiyalı məşqçi ilə anlaşa bilər
  • Bu gün, 14:24
    ''Trabzonspor'' Onananın daha bir il qalmasını istəyir
  • Bu gün, 13:53
    Karrikin aqibəti müəyyənləşdi
  • Bu gün, 13:22
    Sterlinq nəyə görə saxlanılıb?
  • Bu gün, 12:51
    "Karvan-Yevlax"dan ayrıldı, İsrail klubuna keçdi
  • Bu gün, 12:20
    Montella bu sistemin Türkiyə üçün ən optimal variant olduğunu düşünür - ''Bunun ən gözəl örnəyi PSJ-di''
  • Bu gün, 11:59
    Belə bölgə futbolu kimə lazımdı?
  • Bu gün, 11:41
    "Şamaxı" da növbəti ayrılıq - Enrike də getdi
  • Bu gün, 11:20
    “Yeni baş məşqçimiz yaxın günlərdə açıqlanacaq” - “Şəfa”dan cavab
  • Bu gün, 10:59
    Millimiz final oyununa çıxır - AÇ
  • Bu gün, 10:28
    ''Qalatasaray''ın Türkiyə yığmasının üzvü üçün təklif etdiyi məbləğ bəlli oldu
  • Bu gün, 09:57
    Addai "Qarabağ"la vidalaşdı
  • Dünən, 23:58
    Keyn ilə Olise Münheni tərk edəcəklər?
  • Dünən, 23:26
    A seriyasında istefa
  • Dünən, 22:56
    "Qarabağ"ın U-14 komandası beynəlxalq turnirdə iştirak edəcək
  • Dünən, 22:35
    "Şahdağ Qusar"ın idman direktoru müəyyənləşdi
  • Dünən, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Dünən, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Dünən, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Dünən, 20:10
    Madridi tərk edəcək
  • Dünən, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Dünən, 19:09
    İspaniya klubunda istefa
  • Dünən, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Dünən, 18:00
    Milli komandada yeni müqavilə
  • Dünən, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Dünən, 16:44
    Premyer-liqada hamını arxada qoydu
Daha çox
Oxunub: 408
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 211
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 204
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 192
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 169
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Oxunub: 164
"Araz-Naxçıvan"ın yeni baş məşqçisi Cavid Hüseynovdu? - özü danışdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə