''Qalatasaray''a məxsus olan ulduz İtaliyanın bir klubundan başqa klubuna keçdi

2.02.2025 16:31 315
Dünya futbolu
Mövsümün əvvəlində icarə əsasında ''Qalatasaray''dan ''Atalanta''ya yollanan Nikolo Zanyolo yenə klubunu dəyişmək üzrədi.

''Football-plus.az'' xəbər verir ki, tanınmış futbolçu A seriyasının digər iddialı klubu ''Fiorentina''ya keçir. Bu məlumatı tanınmış insayder Canluka Di Marsio paylaşıb. Onun iddiasına görə artıq ''Qalatasaray''la ''Fiorentina'' arasında anlaşma əldə olunub. Anlaşmada məcburi transfer maddəsi də mövcuddu.

Zanyolo mövsümün qalan hissəsində ''Fiorentina''nın keçirəcəyi rəsmi oyunların 60 faizində iştirak etsə, florensiyalılar İstanbul nəhənginə 16 milyon avro ödəyərək bu futbolçunu daimi əsasda transfer etməli olacaqlar. Bu keçidin tamamlanması üçün Zanyolo ilə ''Atalanta'' arasındakı xırda detallar həllini tapmalıdı. ''Qalatasaray''a 2023-ün yanvarında ''Roma''dan gələn, ötən mövsümü isə icarə əsasında ''Aston Villa''da keçirən Zanyolo ''Atalanta''da heç cür əsas heyət üzvünə çevrilə bilmədi.

O, Berqamo təmsilçisində bu mövsüm 23 rəsmi oyunun cəmi 1-də start heyətində meydana çıxa bilib və aktivinə 3 qol, 3 məhsuldar ötürmə yazıb.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul