“Sabah” sabah Bakıda “Barselona” ilə qarşılaşacaq.
Bu gün isə “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin önünə çıxdı.
- Rəqib dünya nəhəngidi. “Sabah” isə ÇL-də debüt edib. Bu amillər necə rol oynayır?
- Biz meydana çıxmalı, ləzzət almalıyıq. Rəqibi tanıyırıq, titullarından xəbərdarıq. Mənim üçün rəqibdə zəif məqam tapmaq çətindi. Əlimizdən gələni edəcəyik.
- Lamin Yamal yoxdu. Sizə görə, “Barselona”da ən önəmli oyunçu kimdi?
- Onun burda olmasını azarkeşlər üçün istəyərdim. Fikirləşirəm ki, rəqib üçün problem deyil. Superulduzları çoxdu. Qarşımızda yaxşı oyunçular olacaq.
- İngiltərədə keçirdiyiniz vaxtlar sizə necə təsir göstərdi?
- Məşqçilik karyeram orda başladı. Bakalavr təhsilimi futbol sahəsində almışam. Bütün bunlar peşəkarlaşmağıma töhfə verib.
- Komandanı belə oyunlara motivasiya etmək çətin olur?
- Belə oyunlara komandanı motivasiya etmək lazım deyil. Futbolçular uşaq olanda Çempionlar Liqasında “Barselona”ya və “Real”a qarşı oynamağı arzulayırlar. Komandanı belə oyunlara komandanı hazırlamaq asandı. Hər kəs oynamaq istəyir, hazırdı.
- Bu sizin məşqçi karyeranızda ən vacib oyundu, yoxsa əyləncədi?
- Mənim üçün ən vacib oyun deyil. Digər oyunlarla eyni tuturam. Belə matçlarda xüsusi bir şey tələb olunmur. Biz özümüzdən yaxşı oyun gözləyirik. Bizi hər kəsin xatırlayacağı gözəl gecə gözləyir.
- “Barselona” bu il qələbələr qazansa da, qollar da buraxır. Bu məqam bizim oyunçuları ruhlandırır?
- Elə bir komanda yoxdu ki, qol vurmaq mümkün olmasın. Dortmund “Borussiya”sı ilə oyunda qol vurduq, başqaları ilə oyunlarda da bacararıq. Təbii ki, bu motivasiyadı.
İSRAYIL XEYRULLAYEV
“Bizi hər kəsin xatırlayacağı gözəl gecə gözləyir” - Dambrauskas
Manşet / Avrokuboklar





