Millətlər Liqası bitdi – kim hara?

24.11.2026 16:24
Dünya futbolu
Millətlər Liqasında 2026/27 mövsümünün qrup mərhələsi başa çatıb. Artıq 1/4 final iştirakçıları, birbaşa yüksələn və aşağı liqaya düşən komandalar, eləcə də keçid oyunlarına qatılacaq yığmalar müəyyənləşib.

Builki turnir xüsusi reqlamentlə keçirilir. UEFA 2028/29 mövsümündən dörd liqalı sistemdən imtina edərək üç liqalı formata keçəcək. A, B və C liqalarının hər birində 18 komanda yer alacaq, D liqası isə ləğv olunacaq.

Bu səbəbdən qruplarını sonuncu bitirən komandaların hamısı birbaşa aşağı liqaya düşmür. Üstəlik D liqasının bütün iştirakçıları avtomatik C liqasına yüksələcək.

Bəs hər qrupda hansı komanda nə əldə edib?
A liqası: səkkiz 1/4 final iştirakçısı və iki birbaşa eniş
A liqasında qrupu 1-2-ci yerlərdə bitirən yığmalar 1/4 finala vəsiqə qazanıb. 3-cü yeri tutan komandalardan ən yaxşı ikisi elitada qalıb. Digər iki 3-cü və ən yaxşı iki 4-cü yer sahibi keçid oyunlarına qatılacaq. Ən zəif iki qrup sonuncusu isə birbaşa B liqasına düşüb.

A liqası, 1-ci qrup
1. Fransa - 13 xal. Qrup qalibi 1/4 finala yüksəlib.
2. Belçika - 12 xal. 2-ci yeri tutan 1/4 finala yüksəlib.
3. İtaliya - 10 xal. Keçid oyunlarısız A liqasındakı yerini qoruyub.
4. Türkiyə - 0 xal. Birbaşa B liqasına düşüb.

A liqası, 2-ci qrup
1. Almaniya - 11 xal. Qrup qalibi 1/4 finala yüksəlib.
2. Niderland - 11 xal. 2-ci yeri tutan 1/4 finala yüksəlib.
3. Yunanıstan - 11 xal. Keçid oyunlarısız A liqasında qalıb.
4. Serbiya - 0 xal. A liqasındakı yerini qorumaq üçün keçid oyunlarına qatılacaq.

A liqası, 3-cü qrup
1. İngiltərə - 15 xal. Qrup qalibi 1/4 finala yüksəlib.
2. İspaniya - 15 xal. 2-ci yeri tutan 1/4 finala yüksəlib.
3. Xorvatiya - 6 xal. A liqasında qalmaq üçün keçid oyunlarına qatılacaq.
4. Çexiya - 0 xal. Birbaşa B liqasına düşüb.

A liqası, 4-cü qrup
1. Portuqaliya - 15 xal. Qrup qalibi 1/4 finala yüksəlib.
2. Norveç - 9 xal. 2-ci yeri tutan 1/4 finala yüksəlib.
3. Danimarka - 9 xal. A liqasında qalmaq üçün keçid oyunlarına qatılacaq.
4. Uels - 3 xal. A liqasında qalmaq üçün keçid oyunlarına qatılacaq.

Beləliklə, Fransa, Belçika, Almaniya, Niderland, İngiltərə, İspaniya, Portuqaliya və Norveç 1/4 finala yüksəliblər.

Türkiyə və Çexiya isə birbaşa B Liqasına düşüblər. Serbiya, Xorvatiya, Danimarka və Uels elitadakı yerlərini qorumaq üçün mübarizəni davam etdirəcəklər.

B liqası: dörd yığma elitaya yüksəldi
B liqasında qrup qalibləri birbaşa A liqasına vəsiqə qazanıb. 2-ci yeri tutan komandalar yüksəlmək uğrunda keçid oyunlarında iştirak edəcək. 3-cü yer sahibləri B liqasında qalıblar, sonuncular isə C liqasının təmsilçiləri ilə qarşılaşacaqlar.

B liqası, 1-ci qrup
1. İsveçrə - 16 xal. Qrup qalibi birbaşa A liqasına yüksəlib.
2. Sloveniya - 11 xal. A liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Şotlandiya - 7 xal. B liqasında qalır.
4. Şimali Makedoniya - 0 xal. B liqasındakı yerini qorumaq üçün keçid oyunlarına qatılacaq.

B liqası, 2-ci qrup
1. Şimali İrlandiya - 12 xal. Qrup qalibi birbaşa A liqasına yüksəlib.
2. Macarıstan - 11 xal. A liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Ukrayna - 7 xal. B liqasında qalır.
4. Gürcüstan - 2 xal. B liqasında qalmaq üçün keçid oyunlarına qatılacaq.

B liqası, 3-cü qrup
1. Avstriya - 12 xal. Qrup qalibi birbaşa A liqasına yüksəlib.
2. İrlandiya - 8 xal. A Liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Kosovo - 6 xal. B liqasında qalır.
4. İsrail - 4 xal. B liqasındakı yerini qorumaq üçün keçid oyunlarına qatılacaq.

B liqası, 4-cü qrup
1. İsveç - 14 xal. Qrup qalibi birbaşa A liqasına yüksəlib.
2. Bosniya və Hersoqovina - 11 xal. A liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Polşa - 5 xal. B liqasında qalır.
4. Rumıniya - 3 xal. B liqasında qalmaq üçün keçid oyunlarına qatılacaq.

Beləliklə, İsveçrə, Şimali İrlandiya, Avstriya və İsveç növbəti mövsüm A liqasında çıxış etmək hüququ qazanıb. Sloveniya, Macarıstan, İrlandiya və Bosniya və Hersoqovina isə elitaya yüksəlmək üçün A liqasının təmsilçiləri ilə keçid matçlarında qarşılaşacaqlar.

C liqası: dörd komanda B liqasına yüksəldi
C liqasında dörd qrupun qalibi birbaşa B Liqasına yüksəlib. 2-ci pillədə qərarlaşan komandalar keçid oyunlarına vəsiqə qazanıblar. 3-4-cü yer sahibləri isə C liqasında qalacaqlar.

C liqası, 1-ci qrup
1. Albaniya - 15 xal. Qrup qalibi birbaşa B liqasına yüksəlib.
2. Belarus - 10 xal. B liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Finlandiya - 10 xal. C liqasında qalır.
4. San Marino - 0 xal. C liqasında qalır.

C liqası, 2-ci qrup
1. Monteneqro - 16 xal. Qrup qalibi birbaşa B liqasına yüksəlib.
2. C.Kipr - 8 xal. B liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Ermənistan - 6 xal. C liqasında qalır.
4. Latviya - 2 xal. C liqasında qalır.

C liqası, 3-cü qrup
1. Slovakiya - 12 xal. Qrup qalibi birbaşa B liqasına yüksəlib.
2. Farer adaları - 8 xal. B liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Moldova - 7 xal. C liqasında qalır.
4. Qazaxıstan - 3 xal. C liqasında qalır.

C liqası, 4-cü qrup
1. İslandiya - 14 xal. Qrup qalibi birbaşa B liqasına yüksəlib.
2. Estoniya - 12 xal. B liqasına yüksəlmək uğrunda keçid oyunlarına qatılacaq.
3. Bolqarıstan - 4 xal. C liqasında qalır.
4. Lüksemburq - 3 xal. C liqasında qalır.

Beləliklə, Albaniya, Monteneqro, Slovakiya və İslandiya B liqasına birbaşa yüksəlib. Belarus, C.Kipr, Farer adaları və Estoniya isə keçid oyunlarında da qalib gəlsələr, daha yüksək diviziona vəsiqə qazanacaqlar.

D liqası: bütün komandalar C liqasına keçir
UEFA-nın yeni sistemə keçməsi ilə bağlı D liqasının bütün iştirakçıları – Malta, Andorra, Cəbəllütariq, Azərbaycan, Litva, Lixtenşteyn tutduqları yerlərdən asılı olmayaraq C liqasına yüksəlirlər.

Beləliklə, 2028/29 mövsümündən Millətlər Liqasında D divizionu olmayacaq və 54 yığma üç liqa arasında bölüşdürüləcək.

Keçid oyunlarında kimlər qarşılaşa bilər?
A və B liqaları arasında keçid matçları:
A liqasından Serbiya, Xorvatiya, Danimarka, Uels, B liqasından SSloveniya, Macarıstan, İrlandiya, Bosniya və Hersoqovina.
B və C liqaları arasında keçid matçları:
B liqasından Şimali Makedoniya, Gürcüstan, İsrail, Rumıniya, C liqasından Belarus, C.Kipr, Farer adaları, Estoniya. İki oyundan ibarət qarşıdurmaların qalibləri daha yüksək, məğlubları isə daha aşağı liqada çıxış edəcəklər.